15.04.2022
14.04. 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Quzeyçirkin kənd kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafyevin anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq “Şəhidlər ölməz Vətən bölünməz” başlığı altında anım günü keçirtdi. Tədbirdə kitabxana müdiri İbrahimova Zümrüd və Kəlbəcər rayonun 49 saylı orta məktəbin VI-cı sinif şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxana müdiri açaraq bildirdi ki, Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabrın 20-də növbəti dəfə qaynar nöqtəyə yollanıb, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vurulub, o dövlət və hökumət adamları, xarici müşahidəçilərlə birlikdə həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Tədbirdə Kəlbəcər rayon 49 saylı tam orta məktəbin VI-cı sinif şagirdlər Şəhidlərə həsr olunmuş şeirlər söylədilər.